
İraqın Kərkürk şəhərində ABŞ əsgərlərinin olduğu hərbi bazaya 3 katyuşa raketi atılıb.
“Reuters”ə istinadla xəbər verir ki, İraqın Kərkürk şəhərində yerləşən ABŞ-ın K1 hərbi bazasına edilən raket hücumu nəticəsində bir ABŞ hərbçisi dünyasını dəyişib, çox sayda əsgər isə yaralanıb. Terror aktını törədən şəxslərin həbs edilməsi üçün əməliyyatın başladıldığı bildirilib. Qeyd edək ki, ABŞ-ın Kərkürdə 8 hərbi bazası yerləşir. (Yeniavaz)