
Şərqi Azərbaycan vilayətinin Su İdarəsinin rəisi bu barədə deyib: “Urmiya gölünün suyunun həcmi 3,14 milyard kubmetr qiymətləndirilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard kubmetrdən çox azalma göstərir”.
O, daha sonra qeyd edib: “Gölün qeyd olunan səviyyədəki sahəsi təqribən 2495 km 72 sm-dir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2019 kv.km-dən çox azalma deməkdir”.