Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünya

Ameri̇kada Azərbaycan rəqsləri̇ nümayi̇ş etdi̇ri̇li̇b

Amerikanın Nyu-York şəhərinin “Times” meydanında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Projə Bahar bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini Amerika ictimayyətinə, turistərə tanıtmaq məqsədi ilə gerçəkləşdirilib. Tədbir Azərbaycan-Nyu-York əncüməninin başqanı Ərcan Yerdərəlinin dəstəyi, Bruklində fəaliyyət göstərən “Mənim yolum” Uşaq gəlişdirmə Mərkəzinin müdiri Alyona Bədəlovanın dəstəyi ilə baş tutub. Belə ki, “Mənim yolum” Uşaq gəlişdirmə Mərkəzinin şagirdləri “Times” Meydanında rəqs ediblər. Onlar milli geyimləri və göz oxşayan rəqsləri ilə iki saat ərzində bir neçə müxtəlif rəqsi nümayiş etdiriblər. Azərbaycan-Nyu-York əncüməninin fəal üzvləri izləyicilərə Bahar bayramı haqqında məlumatların yer aldığı broşürlər paylayıblar. Habelə meydana toplaşan xaricilərə milli-adət ənənələr barədə məlumatlar verilib.

Related Articles

Bir cavab yazın

Back to top button