
“Amerika məqamları Bakı və İrəvanı Ermənistan-Azərbaycan mərzindəki gərginliyi azaltmağa çağırır”. Bunu Amerikanın Dış İşləri Baxanlığının sözçüsü Ned Prays özünün tuiter səhifəsində yazıb.
“Biz Ermənistan-Azərbaycan mərzinin təyin olunmamış hissəsində artan gərginliklə bağlı xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və durumu gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, deyə Ned Prays qeyd edib.