
Bəhmən ayının 4-də İraqın paytaxtı Bağdadın Beynəlmiləl Hava Limanının yaxınlığına 3 raket atılıb. Raketlərdən biri hava limanına yaxın Həyy ül Cahad bölgəsinə düşüb. “Əl-Ərəbiyyə” televizyonun məlumatına görə, hücumun hədəfi Amerika nizamiləri olan Viktoriya Payqahı olub. İraq rəsmiləri olayın ayrıntıları ilə ilgili bilgi verməyiblər. Qeyd edək ki, bu il azər ayının 30-da Bağdadın “Yaşıl Bölgə”sinə 3 katyuşa raketi atılıb.