Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Ermənilərə görə Pezeşkiana müraciət edildi: Tədbir gör!

Bir qrup azərbaycanlı fəal “Pezeşkiandan Araz çayının çirklənməsinin aradan qaldırılması məqsədilə təcili tədbir görülməsi üçün imzatoplama kampaniyasına başlayıb

Bir qrup azərbaycanlı fəal “Pezeşkiandan Araz çayının çirklənməsinin aradan qaldırılması və şəffaf hesabat məqsədilə təcili tədbir görülməsi üçün imzatoplama kampaniyasına başlayıb.

Araz çayının ağır və təhlükəli vəziyyəti Azərbaycan millərinin ciddi narahatlığına səbəb olub.

Bununla bağlı Pezeşkiana ünvanlanan müraciətdə yazılıb: “Son illərdə hökumətlərin diplomatik və təhlükəsizlik maraqları naminə Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələ gizlin saxlanılmağa çalışılsa da artıq bu gedişat çayın ekosistemini və ətrafda yaşayan insanların sağlamlığını təhdid edir. Vətəndaşların qanuni hüquqlarını qorumağa and içmiş şəxslər kimi sizdən bu məsələyə şəffaf yanaşmağınızı, hesabatlı olmağınızı gözləyirik.”.

Bu onlayn kampaniyanı imzalayanlar çirklənmənin miqyası, çirklənmənin mənşəyi və səbəbkarları, aparılan monitorinq və araşdırmalar, çirklənmənin aradan qaldırılması üçün gələcək tədbirlər və Araz çayının statusu ilə bağlı aydın və şəffaf hesabatın dərc olunmasını tələb ediblər.

Kampaniya imza linki:

https://www.karzar.net/183811

Related Articles

Bir cavab yazın

Back to top button