Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Azərbaycanlı fəal Rəhim Qulami təhdid edilib

Güney Azərbaycanda milli-mədəni fəallara qarşı İranın əmniyyət qüvvələri tərəfindən basqılar davam edir. Belə ki, marsın 16-da Ərdəbil vilayətinin Baş İttilaat İdarəsinin məmurları azərbaycanlı fəal Rəhim Qulami ilə dəfələrlə təmas tutublar. Onlar fəalın sözgedən idarəyə gəlməsini istəyiblər. Qulami isə çağırışın qanunsuz olması səbəbilə idarəyə getməkdən imtina edib. Bir neçə dəqiqədən sonra idarənin məmurları Rəhim Qulamini qanunsuz olaraq tutuqlayıb, İttilaat İdarəsinə apararaq bir neçə saat dindiriblər. Daha sonra isə fəalı azadlığa buraxıblar. Qulaminin yaxınlarının sözlərinə görə, dindirmə zamanı İttilaat İdarəsinin məmurları azərbaycanlı fəalı təhdid ediblər. Qeyd edək ki, Ərdəbildə yaşayan şair və yazıçı Rəhim Qulami bundan öncə də İranın əmniyət orqanları tərəfindən dəfələrlə təhdid edilib, dindirilib və həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button