Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Putinin Tehrana bir günlük səfər proqramı

Rusiya prezidenti Tehrana səfəri zamanı iranlı həmkarı Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb danışıqlar aparacaq. Rusiya mətbuatının açıqladığı xəbərə görə, o, habelə İranın dini rəhbəri Ayətullah Xamenei ilə də görüşəcək.

Tehrana səfəri çərçivəsində Putinin ötən axşam İrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da ikitərəfli görüşü olacaq.

Görünən odur ki, Rusiya və Türkiyə prezidentlərinin Tehranda keçiriləvək məsləhətləşmələrində əsas diqqət Suriya məsələsindən əlavə, Ukrayna böhranı, ərzaq təhlükəsizliyi və Ukraynanın taxıl ixracı məsələsinə yönələcək.

Ukraynada müharibə başlayandan bəri Türkiyə hökuməti Rusiya və Ukrayna ilə nisbətən yaxşı münasibətlərə malik olduğu üçün Ukrayna böhranın həllində bir növ vasitəçilik rolunu oynamağa çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button