
Bu barədə tərəflər İsfahanda keçirilən beynəlxalq nüvə konfransında birgə mətbuat konfransı zamanı bildiriblər.
Qeyd olunur ki, İran və BAEA növbəti danışıqlar üçün 4 mart 2023-cü il tarixli birgə bəyanatı əsas götürmək qərarına gəlib. Orada İranın agentliyin öz ərazisində yoxlama və monitorinq aparmasına icazə vermək, eləcə də 3 nüvə obyektinə giriş-çıxışı təmin etmək niyyəti qeyd edilib. “İran və BAEA arasında münasibətlərin pozulmasında” İsrailin rolu ilə bağlı suala Qrossi belə cavab verib: “Biz kənar oyunçulara əhəmiyyət vermirik. Biz əməkdaşlığımızı düzgün istiqamətə yönəldirik”