
Bundan sonra Pakistanın Tehrandakı səfiri Məhəmməd Müdəssir Tibu “X” sosial mediahesabında paylaşım edərək hadisəni pisləyib.
O, pakistanlıların güllələnməsinn qorxunc hadisə olduğunu və bundan şoka düşdüyünü yazıb.
Səfir, öldürülən pakistanlıların ailələrinə dəstək veriləcəyini deyib və İran hökumətini hadisənin dəqiq araşdırılması üçün İslamabadla əməkdaşlıq etməyə çağırıb.
Qeyd edək ki, yanvarın 27-i səhər saatlarında naməlum şəxslər Sirkan şəhərində yerləşən avtomobil təmiri qarajındakı pakistanlı işçilərə açıb.
Nəticədə 9 pakistanlı öldürülüb, 3-ü isə yaralanıb.