
Güney Azerbaycanlı filim çəkən Məhəmməd Əlimuradi yeni bir mövzua toxunub. Əlimuradi “Adım” adlı bu filmin tanıtımında yazıb: filİmi 3 azərbaycanlı ailənin öz övladlarına türk adlarını yazdırmaq üçün müqaviməti hekayəsidir. Bu məsələni fərqli hekayə üslubu və ÖZƏL formada həll etməyə çalışdım. İranda türk uşaqlarının doğuşdan bəri tətbiq olunan mədəniyyət və kimliyin haqda acı gerçəklərlə üzləşdirən əsassız qadağa haqqında tanış acı və gülməli bir hikayədir.
Tənqidi məzmununa görə, filmin yayımına rəsmi icazə verilməyəcəyini düşünərək, filmin tireylini şəxsi İnstaqram səhifəmdə yerləşdirərək dərc etmək qərarına gəldim, izləyicilərimi türk hüquqlarına dair bu haqlı mübarizədən bəhs edən hissələr haqqında məlumatlandırmaq ümidi ilə çalışdım. İranda qeyri-fars söz və adların rəsmi yerlərə girişi hələ də qadağandır və çoxsaylı mədəni və dil kimlikləri üzərində totalitar münasibətin kölgəsi çox ağırdır. Qeyd edək ki, Ruhani dövləti mədəni qrupların irəlləməsinə qoyulan qadağanı, o cümlədən ana dilində təhsil almaq hüququnu ləğv etmək üçün bir çox vədlər versə də, səkkiz ildən sonra bu, uğursuzluğa uğradı.