Site icon Aznews TV

Ərdəbilli fəal Vədud Ənsari təhlükəsizlik idarəsinə çağırılıb

Milli fəal çağırış üçün rəsmi məktub göndərilmədiyini, məhkəmə qərarı olmadığı üçün bunun qanunsuz olduğunu bildirərək təhlükəsizlik idarəsinə getməkdən imtina edib.

Qeyd edək ki, bundan öncə oktyabrın 24-də də Ərdəbil şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb, bir neçə saatlığına dindirilən milli fəala qarşı psixi təzyiq göstərilib və təhdid edilib.

3 saat davam etdiyi bildirilən dindirmə zamanı təhlükəsizlik məmurları Vədud Ənsarini həbsdə olan milli fəalların sərbəst buraxılması üçün girov təmin etmək işinə görə hədələyib və ondan bu işi dayandırması istənilib.

Exit mobile version