Site icon Aznews TV

ƏL ƏHVAZDA 5 GÜNLÜK KORONA TƏTİLİ ELAM OLUNDU

Ələhvaz ustanında çoxalan Korona amarından sonra 5 günlük tətil qərarı alınıb və intizami quvvələrin qərəntinəyə uymayan əsnafa qarşı çıxacaqları bildirilib.

Əhvaz ustanının Koronayla mübarizə sitadının rəisi Xurdad ayının 5-nə qədər ustandakı idarələr və bazarların tamamən tətil edildiyini açıqlayıb. Habelə Dezful şəhərinin tibb elmlər idarəsinin üzvü qərəntinədə qalmayan mərizlərlə huququ olaraq qarşı gələcəklərini bildirib.
Bu işlər təkcə son 24 saatda 515 yeni koronaya tutulan mərizin bilindiyindən sonra başlanıbdır.
Koronayla mübarizə sitadının aldığı bu qərardan sonra çox sayıda polis və intizami quvvələr Bazar ertəsi günü Əhvaz şəhərinin Əbdulhəmid kimi şuluq bazarlarının bağlamasına başladılar.
Habelə Dezful-un tibb elmlər danişqahının behdaşti müavini Şapur Məsudifər 150 min nəfərin koronaya tutulduğunu bildirib ki, 750 nəfəri ev qərəntinəsində qalırlar. Məsudifər bildirib ki, qərəntinəyi riayət etməyən mərizlərə qəzayi olaraq müqabilə ediləcək.
Əhvazı Koronayla mübariza sitadının sözcüsü Riza Necati Xurdadın 1-dən 5-nə kimi bütün xususi və dovlət idarələr, banklar, sazmanlar, şirkətlər və bazarlar tamamən tətil olacaqlar.
Habelə Çərşənbə axşamı və Çərşənbə Ordibeheşt ayının 30-31-də banklar və idarələr təkcə saat 9 ilə 12 arasında çalışacaqlar.
Nicatinin dediyinə görə, bundan belə Quds günü təzahuratı və bildiri oxunma işləri vəziyəti ağ olan şəhərlərin Cümə namazı qılındığı yerlərdə olacaq. Ancaq Fitr bayram namazı təkcə məscidlərdə və behdaşti protokollara uyulacaq qılınacaqdır. Əhvaz ustanının Koronayla mübarizə sitadının sözcüsünün dediyinə görə, Fitir bayramının sonuna qədər bütün məzarlıqlar tətil olacaq.
İranın milli korona sitadının açıqladığına görə, son günlərdə Ərdəbil, Qəzvin, Şərqi Azərbaycan, qərbi Azərbaycan, Gülüstan və Mazəndəran ustanlarında bir epedemi piki və ciddi çoxalma görünüb.

Exit mobile version