Bu xəbəri yazan an kimi işin təfərrüatları, bu azərbaycanlı fəalın ittihamı ilə bağlı ətraflı bilgi yoxdur.
Əfşin Nəziri 2023-cü il avqustun 27-də səhər saat 6.00-da təhlükəsizlik qüvvələri tərəfindən evində həbs edilərək Evin həbsxanasına aparıldı.
Bundan qabaq Afşin Nəziri aprelin 24-də ermənilərin yalançı iddialarının ildönümünün qeyd edilməsinə və İran hökumətinin dəstək tədbirlərinə etiraz olaraq daha 4 fəalla birlikdə həbs olunmuşdu.