Site icon Aznews TV

ƏFQANISTANIN ÜÇÜNCÜ MARŞALI KİM OLDU?

Əfqanıstanın prezident dəftəri, Əşrəf Qəni və Abdullah Abdullah arasında əldə edilən siyasi razılaşmadan sonra Əbdürrəşid Dustoma ölkənin ən yüksək nizami dərəcəsi sayılan marşal dərəcəsinin verilməsi barədə məlumat yayıb.
Mey ayının 17-də Əfqanıstan prezidenti Əşrəf Qəni və ölkənin Milli Barışıq Ali Şurasının rəisi Abdullah Abdullah tərəfindən imzalanmış siyasi sazişin yeddinci bəndinə əsasən, jeneral Əbdürrəşid Dustomun nizami dərəcəsi artırılıb.
Razılaşmaya görə, Dustoma marşal nizami dərəcəsi verilməsi ilə yanaşı, o, ölkə prezidentinin tapşırığı ilə Ali Hökümət Şurasının və Milli Əmniyət Şurasının üzvü olub.
Artıraq ki, Abdullah Abdullahın birinci müavini və Dostuma yaxın şəxslərdən olan İnayət Babər Fərəhmənd, Dustoma marşal dərəcəsinin verilməsini təyid edib. “Torpağına ehtiram bəxş edən və bəşəri dəyərləri möhkəmləndirən Dustoma marşal dərəcəsinin verilməsi əsl mənasını tapacaq”, – deyə bildirib.
Xatırladaq ki, Əbdürrəşid Dustom Əfqanıstanda Şah Vəlixan və Məhəmməd Qəsim Fəhimdən sonra marşal nizami dərəcəsi alan üçüncü şəxsdir.

Exit mobile version