Site icon Aznews TV

Əfqanistan-İran sərhədində insident baş verib

Hadisə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində Taliban qüvvələri ilə İran sərhədçiləri arasında baş verib.

Qarşıdurma səbəbindən sərhəd bağlanıb və gömrük keçid məntəqəsində nəqliyyat və vətəndaşların gediş-gəlişi dayandırılıb.

Məlumatda Taliban qüvvələrinin bir iranlı sərhədçini saxladıqları bildirilıib.

Taliban hərəkatının nümayəndələri və İran hakimiyyəti toqquşma ilə bağlı məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, bundan öncə çəkilən sərhəd məntəqəsində bir neçə silahlı qarşıdurma baş verib və Taliban qüvvələri SEPAH üzvlərini əsir götürüblər.

Exit mobile version